Azərbaycanın Əməkdar həkimi vəfat edib.
Veteninfo xəbər verir ki, Səhiyyə Nazirliyinin Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini İradə Şixzamanova dünyasını dəyişib.
Mərkəzdən verilən məlumata görə, direktor müavini uzun sürən xəstəlikdən sonra ötən gün evində 65 yaşında vəfat edib.
O, 1993-cü ildən həmin mərkəzdə fəaliyyət göstərib. 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əməkdar həkim fəxri adına layiq görülüb.