image-img-20220620-wa0065backend

Azərbaycanın ərazi bütövlüyü və Cənubi Qafqazda həlledici güc mərkəzi olması şübhə doğurmur

image-reklam_sirab_01

Fikrimcə, Ölkə Prezidenti cənab İ.Əliyevin 9-cu Qlobal Bakı Forumundakı çıxışı dünyada iqtisadi, siyasi, humanitar, sosial sferalarda formalaşan çağırışlara adekvat, praqmatik, effektiv reaksiyasının təzahürü kimi dəyərləndirilməlidir. Ölkə Prezidentinin regionda və dünyada baş verən proseslərə, yeni reallıqlara bu dərəcədə həssaslıq və dəqiqliklə yanaşması, zənnimcə, formalaşan yeni reallıqlar kontekstində Azərbaycan üçün böyük imkanlar və rəqabət üstünlüklərinin olmasını aşkar şəkildə göstərməkdədir. Çünki dünya iqtisadiyyatında və beynəlxalq münasibətlər müstəvisində baş verən proseslərə dövlətimizin rəhbəri tərəfindən bu dərəcədə dəqiq izahın verilməsi Azərbaycanın xarici siyasətinin effektivliyini şərtləndirməkdədir.

Ölkə Prezidenti forum çərçivəsindəki çıxışı zamanı 44 günlük müharibə nəticəsində bölgədə formalaşan yeni reallıqları şərh etmiş, regionda yerləşən bütün dövlətlərin, o cümlədən Ermənistanın öz siyasətini bu reallıqların nəzərə alınması ilə həyata keçirməli olduğunu, düşünürəm ki, faktiki olaraq tezis şəklində beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır və sevindirici haldır ki, formalaşan yeni reallıqlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və Cənubi Qafqazda həlledici güc mərkəzi olması şübhə doğurmur.

Dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı Prezident İ.Əliyev tərəfindən səsləndirilən fikirlərə gəldikdə çox diqqət çəkən məqam, hesab edirəm ki, ondan ibarət olmuşdur ki, dövlətimizin başçısı son zamanlara qədər iqtisadi cəhətdən qüdrətli  hesab edilən bir sıra ölkələrin bu gün üzləşdiyi inflyasiya, ərzaq təhlükəsizliyi, enerji təminatı, miqrasiya siyasəti və digər istiqamətlər üzrə problemlərə toxunmuş, qeyd edilən istiqamətlər üzrə yaranan problemlərin səbəblərini dəqiqliklə təhlil etmiş və həmin problemlərin həlli yollarını, o cümlədən regional əməkdaşlığın zəruriliyini göstərmişdir.

Fikrimcə, bütün bunlar  regionda və dünyada sosial, iqtisadi, siyasi və humanitar müstəvidə formalaşan trendlərə və çağırışlara Prezident İ.Əliyevin olduqca həssas və  dəqiq münasibətinin göstəricisidir.

 

Odlar Yurdu Universitetinin

“Iqtisadiyyat və iqtisadi münasibətlər”

Kafedrasının müdiri,

İ.e.d., Professor

Elşad Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki