UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Bakıda Azərbaycana qarşı oyununda Slovakiya yığmasına rəhbərlik edəcək şəxslərin adları bəlli olub.
“Report” Slovakiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda qarşıdakı iki görüşə Samuel Slovak və Marek Mintal ın rəhbərliyi ilə çıxacaq.
Yığmanın yeni baş məşqçisi ilə yay aylarında açıqlanacaq.
Qeyd edək ki, Slovakiya millisi iyunun 10-da Azərbaycanın, 3 gün sonra Qazaxıstanın qonağı olacaq. Komandanın baş məşqçisi Ştefan Tarkoviç Qazaxıstana 0:1 hesabı ilə uduzduqları ev oyunundan sonra istefaya göndərilib.