image-reklam-veteninfo
image-1backend

“Azərbaycanlılar Ermənistanda torpaq və mülk ala bilər” – Erməni milyarderin partiyası narahatdır

image-reklam-veteninfo

Ermənistan hökuməti Azərbaycan vətəndaşlarına Ermənistanda daşınmaz əmlak və torpaq hərraclarında iştirak etməyə icazə verir.

Belə bir iddia ilə “Güclü Ermənistan” partiyasının siyasi şurasının üzvü Narek Karapetyan çıxış edib. Qeyd edək ki, bu partiyanı Kremlin adamı kimi tanınan və qarşıdan gələn seçkidə Baş nazir postuna iddia edən erməni milyarder Samvel Karapetyan yaradıb. Narek Karapetyan isə onun qardaşı oğludur.

Karapetyan deyib ki, Ermənistanın dövlət əmlakının satınalma veb saytı olan “e-auctions.am-da” vətəndaşlarının Ermənistanda hərraclarda iştirak edə və torpaq, daşınmaz əmlak ala biləcəyi ölkələrin siyahısına Azərbaycan da əlavə edilib.

“Azərbaycan Ermənistanda daşınmaz əmlak almaq hüququnu əldə edib. Bəlkə bu, sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlərdəndir? “, – Karapetyan soruşub.

Bundan “dərin narahatlığını” bildirən partiya təmsilçisi Ermənistanda daşınmaz əmlakın əldə edilməsi prosesi və bu prosesdə Azərbaycanın iştirakı imkanlarıyla bağlı “həyəcan təbili” çalıb.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki