image-2backend

Bağçalara qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb

image-reklam_sirab_01

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan

Abbasov keçirdiyi brifinqdə məlumat verib.

Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:

– Şəhid ailələrinin övladları;

– Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– tək işləyən valideynlərin uşaqları;

– orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

– hərbi xidmətdə olan valideynlərin uşaqları;

– təhsilalan anaların uşaqları;

– çoxuşaqlı ailələrdən olan uşaqlar;

– qəyyumluqda olan uşaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki