image-3backend

Bağçalarda çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır

image-reklam_sirab_01

Bağçalarda çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırdır. Diaqnostik qiymətləndirilmə ilin

sonunadək keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov

keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsinə hazırlıq və

onların təlim ehtiyaclarını aydınlaşdırmaq məqsədilə çərçivə sənədi hazırlanıb:

“Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı

çərçivə sənədi müzakirə olunub. Bu ayın sonunadək iki sınaq imtahanı keçiriləcək. Təhsil İnstitutu tərəfindən çərçivə sənədi ilə

bağlı vebinarlar təşkil ediləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki