image-esas-fotobackend

Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılışı olub

image-reklam_sirab_01

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin bu cür nüfuzlu elmi konfranslara evsahibliyi etməsini mühüm hadisə kimi dəyərləndirib: “Azərbaycanın bütün istiqamətlərdə qazandığı uğurlara görə Ulu öndər Heydər Əliyevə borcluyuq. Artıq 10-cu ildir Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən elmi konfranslar keçirilir. Üçüncü ildir konfranslar beynəlxalq səviyyədə təşkil edilir. Bu, bizim üçün çox qürurvericidir. Gənc alimlərin yetişdirilməsi və onlara dəstək olmaq bizim Ali Məktəbin önəmli missiyalarından biridir. Bu, həm də Azərbaycan elmi üçün böyük töhfədir. Ali Məktəbimizin məzunları bir vaxtlar bu elmi konfranslarda iştirak ediblər, hazırda isə burada müəllim kimi çalışır və artıq beynəlxalq səviyyədə elmi araşdırmalar aparırlar. Milli kadr milli qürur deməkdir”.

Konfrans iştirakçılarına və onların elmi rəhbərlərinə uğurlar arzulayan akademik Vaqif Abbasov Bakı Ali Neft Məktəbinin nümunəvi ali təhsil müəssisəsi modeli olduğunu vurğulayaraq, alim yetişdirmək kimi müqəddəs missiyanı öhdəsinə götürməsini yüksək qiymətləndirib.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, Bakı Ali Neft Məktəbi kimi ingilisdilli, yüksəksəviyyəli ali təhsil müəssisəsində elmi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. O, Ali Məktəbdə rəhbərlik səviyyəsində elmin inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayıb.

SOCAR-ın vitse-prezidentinin müavini Racu Vəliyev Bakı Ali Neft Məktəbinin tələbələrinin yüksək səviyyədə, peşəkar mütəxəssis kimi məzun olduqlarını qeyd edib: “Çox sevindirici haldır ki, BANM-də təhsil alan gənclər onlar üçün burada yaradılan şəraitdən doğru və düzgün formada faydalana bilirlər. Bu Ali Məktəbin məzunları çox yüksək səviyyəli mütəxəssisdirlər. Bu cür istedadlı gənclərin, peşəkar kadrların yetişdirilməsi ölkəmiz, dövlətimiz və SOCAR üçün uğurdur”.

SOCAR-ın Baş geoloqu Arzu Cavadova və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov gənc alimlərə tövsiyələrini verərək, onların inkişafı üçün hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, konfranslarda BANM-in 101 tələbəsi iştirak edir. 18-29 aprel tarixlərini əhatə edən Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları “Neft-qaz geologiyası və mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzularında
image-247a9180


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki