Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.
Veteninfo.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyi bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub