2023-2024-cü tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, həmçinin bir neçə direktorun iş yeri dəyişdirilib.
Bu barədə Vətəninfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.
Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.