image-002-01-11-2024-1backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yaydı: Oktyabrda 14 532 müraciət daxil olub

image-reklam_sirab_01

Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 14 532 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Vətəninfo.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olan məlumatda deyilir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 555 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 424 müraciət daxil olub.

BŞTİ-yə 3 107 sənəd (vətəndaşlar tərəfindən 1 130 ərizə, Elm və Təhsil Nazirliyindən 457, digər qurumlardan 299, tabelikdə olan təhsil müəssisələrindən 939 məktub və 282 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 446 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image