image-73backend

Bakıda 65 yaşına çatmış neçə müəllim işinə davam edir? – AÇIQLAMA

image-reklam_sirab_01

2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə (65 yaş) çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda o da qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki