image-1638797961_1638797991872backend

Bakıda binanın çardağında biabırçılıq: gənc oğlan 13 yaşlı qızla… – EKSKLÜZİV

image-reklam_sirab_01

Bakı Apellyasiya Məhkəməsində 13 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən 2002-ci il təvəllüdlü Xalid Qarayevin (şərti) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsindən eyni Məcəllənin 153.2-ci (Əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə tövsif olunub.

Xalid Qarayev Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2021-ci il tarixdən hesablanıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Hökmə əsasən, təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər edib.

Belə ki, o, 9 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşayış binasının çardağında cinsi ehtirasını təmin etmək məqsədilə əvvəllər tanıdığı 13 yaşlı Səbinə Sultanovaya (şərti) qarşı zor tətbiq etmədən onun paltarlarını soyundurub. Daha sonra Xaliq cinsi orqanını qızın arxa sağrı nahiyyəsinə sürtüb, əli ilə sinə nahiyyəsındə süd vəzlərinə toxundurub.

Bir qədər sonra bu hadisədən Səbinənin ailəsi xəbər tutub və onlar hüquq-mühafizə orqanlarına müraciət edib. Xalid Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində məhkəmə hökm çıxarıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki