Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.
Veteninfo.az-ın məlumatına görə, “Ankara məktəbi” məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.