image-1641967221_bicaqlanma-modern-azbackend

Bakıda dəhşət: həbsdə olan qardaşına pul göndərən şəxsi bıçaqladı – ÖZƏL

image-reklam_sirab_01

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı bıçaqlamaqda təqsirləndirilən Fərid Rzaxanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Veteninfo.az-ın özəl olaraq əldə etdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Fərid Rzaxanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Fərid Rzaxanov, tanışı, 1994-cü il təvəllüdlü Vəkilov Məcidbəy Qasımağa oğlunu şəxsi münasibətlər zəminində bıçaqlayıb. Döş qəfəsindən xəsarət alan Məcidbəy ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Fərid Rzaxanov saxlanılıb və onun üzərindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə aşkarlanaraq götürülüb.

İttihama görə, hadisədən əvvəl Fərid Rzaxanovun qardaşı Hacıbəy Rzaxanovla Məcidbəy Vəkilov bir nəfəri döyüb. Daha sonra bu cinayət işinə görə Hacıbəy polis tərəfindən həbs edilib. Məcidbəy Fəridin ünvanına nalayiq ifadələr işlədib. Buna əsəbləşən Fərid də onu bıçaqlayıb.

Məcidbəy da Fəridə 150 manat pul verib ki, onu həbsdə olan qardaşına çatdırsın. Lakin Fərid 150 manatı xərcləyib. Buna görə də onların arasında mübahisə yaranıb. Daha sonra Məcidbəy onu söyərək təhqir edib. Bundan sonra Fərid də Məcidbəyi bıçaqlayıb.
Fərid Rzaxanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 234.1-ci (narkotik) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan və tədqiq olunub. Həmin ifadəsində o, göstərib ki, əsəb xəstəsi olduğu üçün həqiqi hərbi xidmət etməmiş, psixi xəstə kimi qeydiyyatdadır. 2-3 ildir narkotik vasitə olan heroin qəbul edir, son vaxtlar onda narkotikdən asılılıq yaranıb. Əvvəllər 3 il Ukraynada yaşayıb.

Valideynləri rəhmətə getdikdən sonra 2019-cu ildə vətəninə qayıdıb Nizami rayonu, Keşlə qəsəbəsndə valideynlərinin evində qardaşı Hacıbəylə bir yerdə yaşayıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Məcidbəy Vəkilov ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ona bıçaqla heç bir xəsarət yetirməyib. O, Fəridlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki