image-ad47357f-cb20-389b-be0c-d056a17fc458_850backend

Bakıda kişi bacısı oğlu tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb

image-reklam_sirab_01

Bakıda 35 yaşlı kişi bıçaqlanıb.

Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abıyev Yədulla Hüseynağa oğlu bıçaqlanıb.

Ona mübahisə zəminində bacısı oğlu (ad və soyad dəqiqləşdirilir-red) tərəfindən bıçaq xəsarəti yetirildiyi bildirilir.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Y.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki