image-18backend

Bakıda koronavirusa görə bağlanan 4 məktəb açılıb

image-reklam_sirab_01

Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki