Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib.
O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: “Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin votsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.