image-merkel-meets-armenian-prime-minister-nikol-pashinyanbackend

Baş nazirdən sülh sazişi ilə bağlı yeni şərtlər-Paşinyan yenə başını Bakının DƏMİR YUMRUĞUNA SÜRTÜR

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin elan edilməsi haqqında saziş çərçivəsində Ermənistan Azərbaycanla dövlət sərhədlərinin birgə tanınması əsasında sülh sazişi imzalamağa hazır olduğun bildirib.

Vətəninfo.az xəbər verir ki, Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin qarşılıqlı tanınması ilə 1991-ci il 8 dekabr tarixli sazişlə (“Belovejsk müqaviləsi”nin mövcudluğunun dayandırıldığını bildirən) təsdiq edilmiş sülh müqaviləsinin imzalanmasına getmək lazımdır.  Paşinyan iddia edib ki,  2021-ci il mayın 12-dən, 2022-ci il sentyabrın 13-də Azərbaycan “Ermənistanın  güya suveren ərazilərini işğal edib: “”Ermənistanla Azərbaycan arasında dəqiq sərhədin olmaması, onun demarkasiya və delimitasiyası aparılmadığına dair mülahizələrin reallıqla heç bir əlaqəsi yoxdur. SSRİ-nin dağılmasından sonra iki ölkənin inzibati sərhədləri dövlət sərhədi olub, çünki hər iki ölkə bu müqaviləni ratifikasiya edib. MDB-nin yaradılması haqqında saziş.Və hər iki ölkə hələ də MDB-nin üzvüdür”. O, bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazilərini tərk etməlidir: “Yuxarıda deyilənlər o deməkdir ki, Azərbaycanın hərəkətləri məqsədyönlü təcavüzdür. Azərbaycanın işğalı nəticəsində regionumuzda vəziyyət gərgin olaraq qalmaqda davam edir. İnanıram ki, Azərbaycanın işğalından zərər çəkmiş ərazilərə və sərhəd xəttinə beynəlxalq müşahidə missiyasının göndərilməsi ölkəmizə böyük töhfə verəcək .” beynəlxalq ictimaiyyətə mövcud vəziyyət haqqında məlumat almağa kömək edin”.

Paşinyan həmçinin bəyan edib ki, Ermənistan ərazisindən keçəcəyi ölkələrin milli qanunvericiliyinə uyğun olaraq regional kommunikasiyalar açmağa və yenilərini qurmağa hazırdır: “Biz Dağlıq Qarabağ  (Azərbaycanın suverən ərazisində belə bir adda anklav yoxdur) ermənilərinin hüquq və təhlükəsizliyini təmin edəcək Qarabağ probleminin həllini də vacib hesab edirik. Hesab edirəm ki, Azərbaycanla  Qarabağ arasında müzakirələrin başlanması faydalı ola bilər. Bu kontekstdə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu qeyd etməliyəm”.

Göründüyü kimi, Nikol Paşinyan yenə də son baş verənlərdən,200-dən artıq drməni əsgərin ölümündən,eyni zamanda 300-ə yaxın erməni əsgərin yaralanmaraq əlil olmasından hələ də dərs çıxarmayıb. Eyni zamanda onun Parisdə 44 günlük müharibənin il dönümündə vermiş olduğu bu sərsəm bəyanatı,ondan xəbər verir ki, Nikol Paşinyanın başı yenə də Bakının,əsasən də Azərbaycan prezidentinin dəmir yumruğu üçün can atır.

Nikol Paşinyanın rəsmi Bakını Xankəndindəki separatçılarla hansısa danışıqlar aparması ilə bağlı təkilifi isə,onun son parlamet çıxışı zamanı səsləndirdiyi bəyanata bənzəyir. Görünür rəsmi Bakı bundan sonra hansısa hərbi addımlar atası olsa,o yenə də vermiş olduğu bəyanatlardan boyun qaçıracaq.

 

Vətəninfo.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki