Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmisi Rim Əl-Haşimi İranla bağlı sərt açıqlamalar verərək, ölkəsinin son 40 gün ərzində ciddi təhlükəsizlik təhdidləri ilə üzləşdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Əl-Haşimi deyib ki, BƏƏ neft sərvətindən istifadə edərək iqtisadi güc mərkəzi qurmağı bacarıb, lakin İran bu modeli pozmağa çalışıb.
“Biz neft sərvətimizdən iqtisadi güc mərkəzi qurmaq üçün istifadə etdik. Onlar ifratçı dövlətdir… bu modeli qırmaq istəyirdilər”, – deyə, o, bildirib.
Rəsminin sözlərinə görə, BƏƏ cəmi 40 gün ərzində 2800-dən çox raket və dron hücumu ilə qarşılaşıb. O iddia edib ki, bu hücumların 90 faizdən çoxu mülki infrastrukturu hədəf alıb.


























