Bu gün Bəhreynin Dövlət Prokurorluğu İranın kəşfiyyat orqanları və SEPAH-ın xeyrinə casusluq etməkdə şübhəli bilinən bir qrup şəxsin həbs olunduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, prokurorluqdan bildirilib ki, saxlanılan şəxslər “ölkəyə düşmən olan terror təşkilatlarına, qruplara və qurumlara sadiq” şəxslər olaraq müəyyən edilib.
İstintaq zamanı məlum olub ki, şübhəlilər İranın kəşfiyyat orqanlarından Bəhreyn Krallığındakı həssas hədəfləri izləmək, məlumat toplamaq və daha sonra mümkün hücumlar üçün informasiya ötürmək tapşırıqları alıblar.
Həbs edilən şəxslər digər potensial casusları müəyyən etmək üçün dindirilir və istintaq hələ də davam edir.


























