image-0185772f-82a5-337d-83f3-ebb7cf61688b_850backend

Belçika iyulun 1-dən Rusiyaya vizaların verilməsini dayandıracaq

image-reklam_sirab_01

İyulun 1-dən Belçikanın Rusiyadakı Konsulluğu qısamüddətli vizaların, o cümlədən turist vizalarının verilməsini dayandırır.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, yalnız avqustun 31-dək ölkəyə gəlməyi planlaşdıran abituriyentlərdən tələbə vizası və iş vizaları üçün müraciətlər qəbul ediləcək.

Ölkədə 90 gündən az müddətə qalmaq üçün qısamüddətli viza üçün müraciətlər isə qəbul olunmayacaq. Bu kateqoriyaya turist vizaları da daxildir.

Qeyd edək ki, Belçika mayın 23-də ölkəyə gələn turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki