image-701dcdf3-389d-44c0-a678-82fd90152db1backend

Bərdə rayon Mədəniyyət Mərkəzində muğam festivalı keçirilib

image-reklam_sirab_01

Bərdə rayon Mədəniyyət Mərkəzində regional idarənin tabeliyində olan uşaq  musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş muğam festivalının birinci mərhələsi keçirilmişdir

Veteninfo.az xəbər verir ki, çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova festival iştirakçılarına uğurlar arzulayaq, onlara festivalının əhəmiyyətindən, milli musiqimizin zənginliyindən geniş söz açıb.

Qeyd edib ki, festivalın keçirilməsində məqsəd 2008-ci ildə YUNEKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin yaşadılması və təbliği, uşaq musiqi və incəsənət məktəblərində xanəndəlik ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.

2022 – ci il 19-20 may tarixlərində Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regional idarənin tabeliyində olan uşaq  musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə  muğam festivalının Bərdə Regional Mədəniyyət İdarəsi üzrə I mərhələsi keçirilmişdir.

Festival 2 mərhələdən(I mərhələ regionlar üzrə və II mərhələ final mərhələsi) ibarət olmaqla 2 yaş qrupu(I qrup: 9-12 yaş, II qrup: 13-17 yaş) üzrə keçirilir. Birinci mərhələdə idarələr tərəfindən yaradılmış münsiflər heyəti festivala qatılmış məktəblərin şagirdlərinin seçimini aparır.

Regionlar üzrə mərhələdə 1-ci yerlərin qalibləri II mərhələdə iştirak etmək hüququ qazanırlar.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblər üzrə muğam festivalında iştirak edən şagirdlərdən  18 nəfər II mərhələyə vəsiqə qazanmışdır.

Müsabiqənin növbəti mərhələsi Bakı şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcəkdir.

image-bac0739b-9d1c-4b91-bf18-965a423549ca image-ec3b3c56-a415-4ce7-9eea-9ba9c7303061 image-0ba5f9ca-2c53-45ee-a788-afbf8bc4798c image-d979c666-f0ad-49bf-b5fb-4d7c85bea428 image-d1349da8-8f88-4f95-a196-3b9f444738d5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki