image-07bdfc15-e869-464c-b4b6-80a10da2eeb3backend

Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub – FOTOLAR

image-reklam_sirab_01

Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayon Lənbəran kəndində bir neçə kənd mədəniyyət müəssisələrinin iştirakı ilə Qarabağ müharibəsi qazilərinin və kənd sakinlərinin asudə vaxtlarının səmərəli  keçirilməsi məqsədilə “Tarix yazan qəhrəmanlar”  adlı tədbir keçirilib.

Veteninfo.az xəbər verir ki, əvvəlcə regional idarənin rəhbərliyi və əməkdaşları Lənbəran kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb.

Qazilərin və kənd sakinlərinin  mədəni istirahətinin  yüksək səviyyədə təşkil olunması məqsədilə keçirilən tədbirdə iştirak edən regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, ziyalılar  və kənd sakinləri əvvəlcə təşkil olunmuş kitab sərgisi, qədim əşyaların və yaradıcı insanların əl işləri, milli adət-ənənələrimizi özündə əks etdirən sənət nümunələrindən  ibarət sərgiyə baxış keçiriblər.

Əvvəlcə tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra regional idarənin rəisi Vəsilə Möhsümova, şəhid ailələri, qazilər, kəndin ziyalıları və ağsaqqalları çıxış edərək qeyd ediblər ki, bu kimi tədbirlərin keçirilməsi insanlarda yüksək əhval-ruhiyyə yaradır və insanların mədəniyyət sahəsinə olan marağını daha da artırır. Eyni zamanda keçmişdən qalan milli irsimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında və gənc nəslə çatdırılmasında bu cür tədbirlər müstəsna əhəmiyyət daşıyır. Əhalinin asudə vaxtının səmərəli təşkil olunması və onlara göstərilən  mədəni xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bərdə Regional Mədəniyyət İdarəsinin Tədbirlər Planına uyğun olaraq belə tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulub.

Tədbir iştirakçıları mədəniyyət işçiləri tərəfindən hazırlanmış milli mətbəximizə aid təamların dadına baxıblar. Həmçinin, tədbirdə Qarbağ atları nümayiş olunub və gənclər arasında keçmişdən süzülüb gələn milli oyunlarımız keçirilib.

Tədbirdə mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəyinin üzvləri maraqlı nömrələrlə çıxış etmiş, rəngarəng musiqi nömrələri, yaradıcı insanlar və uşaqlar tərəfindən müxtəlif mövzularda şeirlər  səsləndirilib.

Mədəniyyət müəssisələrində, istirahət və əyləncə parklarında əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə keçirilən bu cür tədbirlər insanlar tərəfindən böyük coşqu ilə qarşılanır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki