Beynəlxalq “Buker” mükafatının qalibi hindistanlı yazıçı Geetanjali Shree olub.
O, “Tomb of Sand” əsəri ilə nominasiyada qalib gəlib.
“Tomb of Sand” kitabını ingilis dilinə Daisy Rockwell çevirib.
Mükafatın altı nəfərdən ibarət qısa siyahısında onunla yanaşı 2018-ci il Nobel mükafatı laureatlı Olqa Tokarçuk (Polşa, “The Books of Jacob”), o cümlədən Yaponiyadan Mioke Kawakami (“Heaven”), Argentinadan Claudia Pineiro (“Elena Knoows”), Norveçdən Jon Fosse (“A New Name Septology VI-VII”), Cənubi Koreyadan Bora Chung (“Cursed Bunny”) yer alıb.
Qeyd edək ki, Geetanjali Shree 1957-ci ildə Hindistanda anadan olub. Bir sıra hekayə və 5 roman müəllifidir.
Xatırladaq ki, 2005-ci ildən təsis olunan Beynəlxalq “Buker” mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. 50 min funt-sterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.
Mükafatın ilk laureatı albaniyalı yazıçı İsmael Kadare olub.