image-86883f4a-edb5-4237-8f2e-50ca73b911fb-1backend

Bir millətin övladları

image-reklam_sirab_01

Bir millətin övladları.

 

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Tarix boyunca hər zaman dövlətlər bir-birleri ilə sıx əməkdaşlıq etmiş, iqtisadi-siyasi əlaqələr yaratmışdır.Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir.Bəxtiyar Vahabzadənində şeirində deyildi kimi biz millət iki dövlətik sadecə yaxşı gündə deyil pis gündədə bir birimizə dəstək iki dövlətik.

Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni bir dönəmə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamikadır. Əlbətdə ki,bu qardaşlıq münasibətlərinə həsəd aparanda az deyil.44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mənəvi cəhətdən  ilk dəstək  verəndə suphəsiz  Türkiyə idi məhz.İlk  günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış, bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığın göstərmiş oldu.Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə  qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.

Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal aktoruna çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu dilə gətirən ekspertlər “TEKNOFEST Azərbaycan” çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.

Bəli, “TEKNOFEST Azərbaycan” çərçivəsində tətbiq edilən yeniliklər milli standartlarımızın formalaşması istiqamətində yeni nümunələr ortaya qoydu. Tərəddüd etmədən deyə bilərik ki, “TEKNOFEST Azərbaycan” mavi səmaların fatehi kimi müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Bu festivalın aşağıda qeyd etdiyimiz iki mühüm cəhətini müşahidə etməkdəyik:

–Nümayişlərin yaratdığı, sərgilərdə əks olunan əzəmət;

–Zəkalarda, nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxması!

Bir neçə gün əvvəl yekunlaşan Teknofest Festivalı Türkiyədən sonra ilk dəfə olaraq məhz Azərbaycanda keçirildi.4 gün boyunca keçirilən festival xoş görüntülərlə yaddaşlara həkk oldu. Festivalın 3 cu gün Türkiyə və Azərbaycan prezidentlərinin Teknofeste gəliş birlikdə çıxışı düşmənə qorxu ,dosta güvən verdi.

 

Nəsimi rayon təhsil işçisi

Xəlilova Sərvinaz.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki