Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün bu gün qürurludur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz çökdü, kapitulyasiya akına imza atdı.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, döyüş hazırlığından geniş bəhs edərək bildirdi ki, bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün müzəffər xalq, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev işğal dövründə hərbçilərlə çoxsaylı görüşlərində, ölkəmizdə keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində daim bu əminliyi ifadə edirdi ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq. Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsinin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Azərbaycan bu müharibəni şəhidlərimizin canıqanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışdır. Prezident İlham Əliyev daha sonra Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edərək dedi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin”! Bu gün Azərbaycanın güclü dövlətdir.
Azərbaycan xalqı qurub-yaradan, sülhsevər xalqdır, işğalçı ermənilər isə bütün dünyaya bir daha öz yırtıcı və mənfur xislətlərini göstərdilər. Dünya gördü ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, demək olar ki, bütün binalar dağıdılıb– yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz yerlə-yeksan edilib. Bunu yalnız barbar ermənilər edə bilərdilər. Əlbəttə, bu, vəhşilikdir, vandallıqdır, hərbi cinayətdir. Bu gün üçrəngli Azərbaycan bayrağı xalqımızın mədəniyyət və musiqi beşiyi gözəl Şuşada dalğalanır. Dahi Üzeyir bəyin ruhu şaddır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı azaddır. Azərbaycanın işğal altında olan bütün digər rayonlarından düşmən qovulur. Xalqımıza bu xöşbəxtliyi qəlbləri Vətən sevgisi ilə alışıb yanan mərd, qorxubilməz əsgər və zabitlərimiz bəxş edib. Onların hər birinin önündə baş əyirəm! Möhtərəm Prezidentimiz çıxışında Azərbaycan əsgərinə böyük dəyər verdi: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq.
Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı”. Tədbirin sonunda yaralı hərbçilərlə vidalaşma zamanı Prezident İlham Əliyevin dilindən səslənən sözlərə fikir verin: “Çox sağ olun. Biz bu qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar”. Bəli, həmin mərd, qeyrətli uşaqlar cənab Prezidentimiz, hər bir azərbaycanlı anası, mənim, sənin, onun üçün, bir sözlə, bütün xalqımız üçün son dərəcə doğma və əziz insanlardır.
Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin Böyük Qayıdışı daha da yaxınlaşdırdığını söyləyən Malik Həsənov görülən işlərin miqyasının ölçüyəgəlməzliyini, eyni zamanda, bu işlərin Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirildiyini bildirib: “İşğaldan azad edilmiş bütün ərazilərimiz Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Müasir tələblər bərpa-quruculuq işlərində öz əksini tapıb. Səfər çərçivəsində Kəlbəcərin Baş planı təqdim edildi, həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərimizdə bu komplekslərin yaradılmasının vacibliyini bildirib. İşğal və Zəfər muzeyləri hər iki dövrün reallıqlarının təbliğinə öz töhfələrini verəcək. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı belə mühüm addımların fonunda tarixinin hər bir səhifəsinə hörmətlə yanaşdığını, qoruduğunu və təbliğinə səy göstərdiyini dünyaya nümayiş etdirir.
Tarixinə sahib çıxan Azərbaycan xalqı, həmçinin göstərir ki, qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Təbii ki, görülən bütün işləri sadalamaq mümkün deyil. Onların miqyası günbəgün genişlənir. Otuz ilin işğalına 44 gündə son qoyan Azərbaycan il yarım ərzində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bu torpaqların sahibi olduğunu bir daha təsdiqləyir”.
Hüseyinli Mübariz
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü