ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmasa davam edəcək.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken “Twitter“də bildirib.
“Mən dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın Azərbaycan və Türkiyə ilə müzakirələrində müsbət impulsun əldə etməsini ABŞ-ın necə dəstəkləməsi barədə danışdım. ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmasa davam edəcək”, – Dövlət katibi qeyd edib