Qırmızı terrorçular-bolşeviklər Azərbaycanı işğal edəndən sonra Azərbaycanlılara qarşı sözün əsl mənasında repressiyalar həyata keçirməyə başladılar. Təkcə Bakıda minlərlə insan ilk sovet məxfi polis təşkilatı olan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (ÇEKA) tərəfindən dindirilmiş idi. Əksər insanlar dindirilmə zamanı Azərbaycan Cümhuriyyəti və Müsavatla heç bir əlaqəsi olmadığını deyirdi. Moskva isə tələb edirdi. Bütün cümhuriyyətçilər və müsavatçılar həbs edilməli idi.
Sovetləşmənin ilk günlərindən Azərbaycanda hər hansı müqavimət ocağını amansızcasına yerlə-yeksan edirdilər, hətta ən kiçik silahlı dəstələri də bandit adlandıraraq məhkəməsiz, istintaqsız güllələyirdilər. Az-çox iş qabiliyyyəti olan kəndlilər qolçomaq adıyla məhv edilirdi.
Ancaq Bakıda dindirilənlərin bir çoxu istintaqdan təmiz çıxırdı. Moskva isə qorxurdu.
Bolşevik işğalına qarşı gizli müqavimət hərəkatının fəaliyyəti onları çox narahat edirdi. Çünki Müsavatçılar silahlı üsyan yolu ilə işğala son qoymaq məqsədi ilə MK nəzdində hərbi təşkilat yaratmışdırlar.
Bunu eşidən Çekanın qurucularından biri olan Feliks Dzerjinski yeni bir metoda əl atır. O tapşırıq verir ki, dindirilmə zamanı başınızın üstündən Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin rəsmlərini asın, Rəsulzadə və Yusifbəylinin adını tez tez çəkin.. Əgər dindirilən şəxs ad çəkilən zaman o rəsmlərə baxsa mütləq onu həbs edin. Psixoloji təzyiq zamanı dindirilən adamları rəsmlərə baxmasını məcbur edirdilər ki, sizi bu şəxslərə görüblər. Adlarını deyin, sizi azad edək. Deyin bu adamları tanıyırıq və onlar bizi məcbur edirdilər. Dindirilən şəxslərə təklif edirdilər ki, deyin bizi zorən müsavatçı ediblər və bu iki şəxsi şəxsən tanıyırdılar və onlar bunları aldadıblar.
Belə tələyə düşüb rəsmdəki adları çəkənləri gizli müsavatçı adı ilə dərhal ya sürgün edirdilər ya da yerindəcə güllələnmə əmri verirdilər. Bu yolla yüzlərlə insan repressiya və terror qurbanı oldular..
Zaur Əliyev, dosent