image-4backend

BP ADNSU-ya nəşriyyat evi hədiyyə edib

image-reklam_sirab_01

Bu gün BP Azərbaycanın neft-qaz sahəsində ən qədim təhsil ocağı və postsovet məkanında ən nüfuzlu energetika universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə tam təchiz olunmuş müasir nəşriyyat evi hədiyyə edib.

Vətəninfo.az-ın verdiyi məlumata görə, bununla bağlı universitetdə nəşriyyat evinin açılışı tədbiri keçirilib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanla 30 illik tərəfdaşlığımızın ilk günündən Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq edirik. Bu müasir nəşriyyat evinin istifadəyə verilməsindən çox məmnunuq və inanırıq ki, bu, professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat fəaliyyətlərinə təkan verəcək. Biz həmçinin ümid edirik ki, nəşriyyat evi 10 000-dən çox tələbə və 800 nəfərlik professor-müəllim heyətinə fayda gətirməklə universitetin çap və nəşr ehtiyaclarını tam təmin edəcək”.

Layihə yerli universitetlərdə təhsil və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması, tədris infrastrukturunun təkmilləşdirilməsi, aparıcı beynəlxalq universitetlərlə tərəfdaşlıq əlaqələrinin qurulması və qabaqcıl beynəlxalq təhsil təcrübəsi və imkanlarının Azərbaycana gətirilməsi səylərinə BP-nin dəstəyinin bir hissəsidir.

Layihənin ümumi dəyəri təxminən 370 000 manat təşkil edir və buraya nəşriyyat və çap avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də obyektin işə salınması üzrə xərclər daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki