image-reklam-veteninfo
image-6243f70299c096243f70299c0a16486213146243f70299c076243f70299c08backend

Britaniya kəşfiyyatı: Rusiya ordusu ağır itkilər verir

image-reklam-veteninfo

“Ağır itki verən Rusiya ordusunun bölmələri yenidən təşkil olunmaq və təchizatın bərpası üçün Belarus və Rusiyaya qayıtmaq məcburiyyətində qalıb”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu, Rusiya ordusunun onsuz da çətin vəziyyətdə olan logistik vəziyyətinə daha çox təzyiq göstərir və Rusiyanın Ukrayna daxilində irəliləmiş hərbi qüvvələrinin yenidən təşkilində çətinliklə üzləşdiyini nümayiş etdirir.

Kəşfiyyat Xidmətindən o da bildirilib ki, Rusiya kütləvi artilleriya və raket zərbələri ilə quru qüvvələrinin azalan manevr qabiliyyətini kompensasiya etməyə davam edəcək: “Rusiyanın Donetsk və Luqanskdakı hücuma diqqət yetirməsi, ehtimal ki, onun birdən çox istiqamətdə irəliləyiş oxunu saxlamaqda çətinliklə üzləşdiyinin etirafdır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki