image-ba6ac6bb-e7e6-4e1a-bf39-bd9752968979backend

“BU HALDA AZƏRBAYCAN LAÇIN YOLUNA NƏZARƏTİ TƏKBAŞINA HƏYATA KEÇİRƏCƏK” – Bakı niyə indi bu addımı atmır?

image-reklam_sirab_01

“Rusiya Bakının geri çəkiləcəyi ümidi ilə beynəlxalq media və təşkilatlarda ermənilərin aktiv fəaliyyətində maraqlıdır”

“Bakı sanksiyalar təhlükəsi olsa belə, geri çəkilməyəcək”

Laçın yolunda ekoaksiya 1 aya yaxındır davam edir. Bəs, bu aksiya nə vaxt və necə bitə bilər? Xatırladaq ki, dekabrın 12-dən azərbaycanlı ekofəallar Qarabağda faydalı filiz mədənlərini qanunsuz istismarı ilə bağlı etiraz aksiyası keçirirlər. Rusiya sülhməramlıları buna görə Laçın yolunu bağladı və nəticədə böhranlı vəziyyət yaranıb.

Politoloq Fərhad Məmmədov bildirir ki, hələ noyabrın sonunda Qərbin vasitəçiliyini Ermənistan-Fransa tandemi əvəzlədi.

Onun sözlərinə görə, nə Şarl Mişel, nə də Entonu Blinken Fransa Prezidenti Makronu geri çəkməyə cəsarət etmir, Azərbaycan isə gözləyir: “Qərb vasitəçiliyinin gündəliyi dövlətlərarası məsələləri əhatə edir və burada Bakı-Xankəndi münasibətlərinə dair ümumiləşdirilmiş bənd var. Laçın yolu ilə bağlı isə Qərbin gündəmində heç nə yoxdur. Yol açıldıqdan sonra razılaşdırılmış kommunikasiyalar üzərində suverenlik prinsipi tətbiq olunacaq, bunun nəticəsində isə Laçın yolunda Azərbaycanın sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayacaq. Ermənistanın etirazları nəticəsində magistral yolun marşrutu ilə bağlı danışıqlar heç bir nəticə vermədi – qalan hər şey razılaşdırıldı. İrəvan hələ də müzakirə olunan sülh müqaviləsinin mətninə Qarabağla bağlı bənd daxil etməyə uğursuz cəhdlər edir”.

Bəs Rusiya vasitəçiliyi haqqında nə demək olar?

F.Məmmədov deyir ki, hazırkı böhran Rusiyanın vasitəçilik gündəliyinin dağılmasının nəticəsidir: “Müharibənin lap sonlarından aydın oldu ki, Laçın dəhlizi 5 il Rusiyanın nəzarətində qalacaq, Zəngəzur dəhlizi də yenidən Moskvanın nəzarətinə verilir, amma burada dəqiq zaman müəyyən edilməyib. Yəni həm Azərbaycana, həm də Rusiyaya Zəngəzur dəhlizi lazımdır, Ermənistana isə ümumi nəqliyyat dəhlizlərinin işə düşməsi vacibdir”.

 

Ekspert Ermənistanın prosesi sabotaj etdiyini vurğulayır. Bildirir ki, Rusiya 2021-ci ildə iradə göstərmədi və 2022-ci ildə bunun nəticəsi olaraq alternativ Qərb gündəmi formalaşdı: “2022-ci ilin sonuna doğru Rusiya vasitəçilik fəaliyyətini bərpa etdi, lakin yeni reallıqlarla üzləşdi və onları qismən də olsa qəbul etməkyə məcbur oldu. Rusiya açıq şəkildə bildirdi ki, Azərbaycan və Ermənistan bir-brinin ərazi bütövlüyünü tanıyıb razılaşmaya imza atarsa, bu reallığı qəbul edəcək. Amma bu mövqe Rusiyanın manevr imkanlarını saxlayır, çünki Paşinyan kimi dəyişkən mövqeli siyasətçi ona şərait yaradır. Rusiyada hər iki dəhlizin – Laçın və Zəngəzurun öz maraqlarının qorunması şərti ilə açılacağına hələ də ümidlidirlər.

Azərbaycan Rusiyanın vasitəçiliyinin bərpasını qəbul etdi, lakin müəyyən müddətdən – “Vardanyan layihəsi” işə düşəndən sonra bu layihənin dayandırılmasına qərar verdi. Nəticədə ekoloqlar Laçın yolunda aksiyaya başladılar. Yəni Rusiyanın hələ də Zəngəzur dəhlizi məsələsini həll etməyə imkanı var, amma bundan sonra Laçın yolundakı reallığı dəyişə bilməyəcək”.

Laçın dayanışmasının sonu necə olacaq?

Fərhad Məmmədov bildirir ki, kartlar prosesin bütün iştirakçıları üçün qarışıqdır. Tərəflərin bir-birinə inamın olmaması bir dözümlülük mühiti yaradıb: “Dünya mediasında Azərbaycana qarşı saysız-hesabsız yazılar dərc olunub, həvəskar siyastçilər tvitlər atır, beynəlxalq təşkilatlarda faydasız ehtiraslar qızışır. Yaranmış vəziyyət Ermənistanı sülh müqaviləsinə imza atmaq üçün təzyiqdir, eyni zamanda Laçın yolunun bağlı qalması onun təhlükəsizliyə təhdiddir. Rusiya üçün isə böyük resurslar sərf etdiyi sülhməramlı kontingent sürətlə gözdən düşür. Ermənistan, Azərbaycan və Rusiya həm bir-birinə, həm də situasiya tandemində üçüncü iştirakçıya qarşı oynayırlar. Rusiya Bakının geri çəkiləcəyi ümidi ilə beynəlxalq media və təşkilatlarda ermənilərin aktiv fəaliyyətində maraqlıdır. Lakin təcrübə göstərir ki, Bakı sanksiyalar təhlükəsi olsa belə, geri çəkilməyəcək.

Belə görünür ki, Azərbaycan rəhbərliyində müəyyən zaman ərzində Moskvanın Ermənistanı güzəştlərə məcbur edəcəyinə ümidlər var. Əgər təzyiqlər nəticə verməsə, o zaman Moskva Laçın yolunda nəzarəti Azərbaycanla bölüşməli olacaq.

Laçın yolunda keçirilən ekoaksiya həm də Rusiyaya ünvanlanıb. Ki, “Vardanyan layihəsi” uğurlu olmayacaq və Qarabağdan oyun döşəyini yığışdırmaq lazımdır. Azərbaycan üçün bu böhran həm vasitəçiləri, həm də Ermənistanı qərar qəbul etməyə, danışıqlara məcbur etmək üçün dinç, qansız təzyiqdir. Gözlənilən qərarların verilməyəcəyi təqdirdə Azərbaycan Laçın yoluna giriş-çıxışa nəzarəti təkbaşına həyata keçirəcək”.

 

Bəs, Bakı niyə indi bu addımı atmır?

Ekspert qeyd edir ki, Bakı çalışır ki, bu proses, sazişlərin, normallaşma prosesinin bir hissəsi olsun, bütün tərəflər tərəfindən qəbul olunsun və heç bir səviyyədə mübahisə doğurmasın.“AzPoltika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki