ABŞ son 21 gündə Konqo Demokratik Respublikasına (KDR), Uqandaya və ya Cənubi Sudana səfər edən əcnəbilərin bu bölgələrdə Ebola virusunun Bundibugyo növü ilə bağlı yayılmasına görə ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) mətbuat xidməti 21 mayda məlumat verib.
Açıqlamada deyilir: “Xəstəliklərin qarşısının alınması və profilaktikası mərkəzi (CDC) gəlişdən 21 gün əvvəl Konqo Demokratik Respublikasında, Uqandada və ya Cənubi Sudanda olan xarici vətəndaşların ABŞ-a girişinin dayandırılması barədə qərar qəbul edib”.
Qeyd olunur ki, son 21 gündə bu ölkələrdə olan ABŞ vətəndaşları və ölkənin qanuni daimi sakinlərinin ölkəyə daxil olmasına icazə verilir.
Qeyd olunur ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin qərarına uyğun olaraq, bu cür sərnişinlər məcburi tibbi müayinədən keçmək və anketləri doldurmaq üçün Vaşinqton Beynəlxalq Hava Limanına göndəriləcəklər. Əlavə yoxlamalar xəstəliyin mümkün yayılmasının qarşısını almaq tədbirlərinin bir hissəsi olaraq tətbiq edilib.


























