İrlandiyanın Kildare qraflığında “Lions kəndi” adlanan bütöv bir kənd satışa çıxarılıb. Yeni sahibi Dublin yaxınlığındakı daş evlər, pab, kilsə, dəyirman və kanal sahəsi ilə birlikdə tarixi kompleksi 20 milyon avroya ala bilər.
Bild xəbər verir ki, kənd bir vaxtlar tənəzzülə uğramışdı, lakin 1990-cı illərdə Ryanair-in təsisçisi Toni Rayanın rəhbərliyi altında yenidən canlandı. Elanın təsvirində qeyd olunur ki, bərpa işləri kəndin tarixi xarakterini qorumaq üçün aparılıb. 2016-cı ildən bəri kompleks investor Barri O’Kallaqana məxsusdur və o, orada dəbdəbəli Cliff at Lyons otelini açıb.
Kənd təkcə daşınmaz əmlak kimi deyil, həm də praktik olaraq hazır tarixi bir kənd kimi satılır. Kənddən otel kompleksi və ya şəxsi yaşayış yeri kimi istifadə etmək təklif olunur.


























