Türkiyə imkanlarını ən effektiv şəkildə istifadə edən, lider ölkələrdən biri oldu.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, beynəlxalq idarəetmə sistemi artıq böhranlara tab gətirə bilmir, daha effektiv çalışması üçün dəyişikliyə ehtiyacı var.
Onun sözlərinə görə, Türk diplomasiyası sülhə yönəlmiş diplomatiyadır.
“Rusiya və Ukraynanı bizdən başqa bir araya gətirə bilən oldu mu? Bu həm prinsipial siyasət göstəricisidir, həm də sülh üçün atılan səmimi addımlardır…Biz Latın Amerikasından Afrikaya, Mərkəzi Asiyadan Balkanlara qədər bütün çoğrafiyada sülh üçün çalışırıq”, – deyə nazir bildirib.