image-movlud-cavusoglu-yeni-fotobackend

Çavuşoğlu: Üçtərəfli razılaşmalarda “Zəngəzur dəhlizi” vardır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  “Haber Global”a müsahibə verib. Mövlud Çsvuşoğlu digər məsələlərlə yanaşı o, erməni mövzusuna da toxunub.

O, ilk növbədə xatırladıb ki, münasibətlərin tənzimlənməsi üzrə elçi olan Ermənistan və Türkiyənin xüsusi nümayəndələri artıq 4 dəfə görüşüblər. Məqsəd iki ölkə arasında münasibətləri mərhələli şəkildə normallaşdırmaqdır.

“Azərbaycanın qələbəsindən sonra biz Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını qarşımıza məqsəd qoymuşuq və bu istiqamətdə addımlar atırıq. Görüşlər oldu, uçuşların başlaması, hava məkanımızın açılması kimi etimad yaradan addımlar atıldı, ticarətlə bağlı müəyyən addımlar atıldı. Sərhəddə birgə praktiki işlər aparılır ki, gələcəkdə sərhədlərin açılması ilə bağlı qərar olarsa, o zaman hazır olsunlar”-deyən Çavuşoğlu bildirib ki,bu nizamlanma prosesini Ermənistan-Azərbaycan mövzusundan ayrı nəzərdən keçirməyi real hesab etmir.Çavuşoğunun sözlərinə görə, Cənubi Qafqazda davamlı sülh əslində Ankaranın dəstəklədiyi Ermənistan və Azərbaycan arasında imzalanacaq hərtərəfli sülh sazişi ilə bərqərar ola bilər.

“Bilirsiniz, başqa Zəngəzur dəhlizi var” -qeyd edən Çavuşoğlu vurğulayıb  ki, Ermənistan bunu deyəndə narahat olur: “Qardaş, bunlar sənin imzaladığın müqavilələrdə, Rusiyanın da üzvü olduğu üçtərəfli müqavilədə var. Siz açıq bəyan edin ,deyin həqiqətən bölgədə sülh istəyirsiniz, ya yox”.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri  qeyd edib ki, razılaşmaya əsasən, Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinə daxil olduqdan sonra erməni qüvvələri oradan tamamilə geri çəkilməli idi, lakin hələ də orada erməni əsgərlər var.
Çavuşoğlu ötən dəfə olduğu kimi, Ermənistanın bundan dərs almalı olduğunu bir daha vurğulayıb: “Azərbaycan öz torpaqlarında öz suverenliyini tam şəkildə bərqərar etməlidir və həmin ərazilərdə yaşayan ermənilər Azərbaycan qanunlarından bəhrələnməlidirlər.vGəlin, qayıdın, bütün hüquqlarınızdan istifadə edin. Azərbaycan hərtərəfli sülh müqaviləsi təklif etdi. Başqa nə edə bilər? Qoy Ermənistan da bəzi şeylərin arxasında gizlənməsin (bəhanə gətirməsin) desin. Diaspora bizə təzyiq edir, ölkə daxilində ekstremistlər var”.

Türkiyəli nazirin müşahidəsinə görə, əslində, erməni diasporunun azlığı münasibətlərin normallaşmasını qəbul edir.

“Gəlin Cənubi Qafqazı əməkdaşlıq və sülh bölgəsinə çevirək. Hamı qazansın, ən çox Ermənistan qazansın”, – deyə Çavuşoğlu çıxışını müraciətlə yekunlaşdırıb.

http://
Çavuşoğlu’dan ‘Suriye ile diyalog’ mesajı ve İran’ın iddiasına yanıt

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki