image-img-20220502-wa0030backend

Çin ilə münasibətlər

image-reklam_sirab_01

Çin ilə münasibətlər

Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dövlət başçıları (bundan sonra “Tərəflər”) dostluq və qarşılıqlı etimad şəraitində ikitərəfli münasibətlərə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair ətraflı fikir mübadiləsi apardılar. Nəticədə məsələlərin geniş spektri üzrə qarşılıqlı anlaşma əldə edildi.Hər iki Tərəf diplomatik münasibətlərin qurulmasından sonra bütün sahələrdə əldə olunmuş ikitərəfli əməkdaşlığın nəzərəçarpan nailiyyətlərini təqdir edərək belə bir nəticəyə gəldilər ki, Azərbaycan və Çin arasında dostluq və əməkdaşlıq münasibətləri iki ölkə və xalqın əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı regional sülh və sabitlik naminə birgə inkişaf və çiçəklənməyə imkan yaradır.Tərəflər Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə yönələn ümumi səylərə əsaslanaraq aşağıdakıları bəyan edirlər:

  1. 1. Tərəflər bundan sonra da mövcud qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı mənfəət münasibətlərini inkişaf etdirəcək, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Dostluq Münasibətlərinin Əsasları haqqında 7 mart 1994-cü il tarixli Birgə Bəyanatın və Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 17 mart 2005-ci il tarixli Birgə Bəyannamənin müddəalarına ciddi riayət edəcək, iki ölkə xalqlarının mənafeyi naminə Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı məqsədi ilə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətini rəhbər tutacaqlar.
  2. 2. Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolunda bir-birinə qətiyyətli dəstək verməyə, həyati əhəmiyyətli maraqlar və əsas problemlər, həmçinin dövlət müstəqilliyi, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsinə yönəldilmiş səylərlə bağlı məsələlərə dair mövqeləri qarşılıqlı dəstəkləməyə davam edəcəklər.

Azərbaycan tərəfi vahid Çin prinsipinin tərəfdarı olduğunu bir daha təsdiq edir, Tayvan məsələsinin tamamilə və bütövlükdə Çinin daxili işi olduğunu hesab edərək, “Tayvanın müstəqilliyi”nin hər hansı formasına qarşı çıxır, Tayvan ilə hər hansı rəsmi əlaqələrin qurulmasından imtinanı təsdiqləyir, Tayvan boğazının iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişafını, həmçinin Çin Hökumətinin ölkənin birləşdirilməsi səylərini dəstəkləyir.Çin tərəfi Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edir və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair” müvafiq qətnamələrinə riayət olunmasına çağırır, bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, həmçinin beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir. Tərəflər Tərəflərdən birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, üçüncü tərəflə bu kimi müqavilələrin bağlanması istiqamətində addımlar atmadıqlarını, ərazilərində digər Tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər.

  1. 3. Tərəflər ikitərəfli münasibətlərin siyasi bazasının gücləndirilməsi məqsədi ilə yüksək səviyyədə əlaqələrin daha da möhkəmləndirilməsinin, iki ölkə rəhbərlərinin səfərlərinin mübadiləsinin intensivləşdirilməsinin, parlamentlər, hökumətlər, siyasi partiyalar, ordular və dost ictimai birliklər arasında əlaqələrin və əməkdaşlığın artırılmasının vacibliyini qeyd etdilər.
  2. 4. Tərəflər iki ölkənin hərtərəfli əməkdaşlığı üçün yeni imkanların yaranması baxımından İpək Yolu İqtisadi Kəmərinə dair Çinin təşəbbüsünü dəstəkləyir və təşəbbüsün həyata keçirilməsi üçün birgə səylər göstərməyə hazırdırlar. Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu”nun imzalanması sayəsində yaranmış imkanlardan istifadə etməyə, istehsalat sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə hazırdırlar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan nümayəndə heyətinə göstərilən səmimi və dost qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə və Çin xalqına minnətdarlığını bildirir və Sədr Si Cinpini tərəflər üçün münasib zamanda Azərbaycana səfər etməyə dəvət edir. Çin Xalq Respublikasının Sədri Si Cinpin dəvəti məmnunluqla qəbul etdi. Səfərin tarixləri diplomatik kanallarla razılaşdırılacaqdır.

Əliyeva Aytac –YAP üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image