Tayvan məsələsinin həllinə yanlış yanaşma Çin və ABŞ arasında birbaşa münaqişəyə səbəb ola bilər.
Vətəninfo.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqları zamanı açıqlama verib.
Çin Mərkəzi Televiziyası Si Cinpinin sözlərini sitat gətirib: “Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Əgər o, düzgün həll olunarsa, iki ölkə arasındakı münasibətlər sabitliyi qoruyub saxlaya biləcək. Əks halda, iki ölkə arasında toqquşma baş verə bilər”.
Çin prezidenti həmçinin qeyd edib ki, adanın müstəqillik axtarışı regionda sülh və sabitliyin qorunması ilə bir araya sığmır.


























