image-reklam-veteninfo
image-image_750x_69f996c29bc20-750-1080-resizebackend

Çində fişəng fabrikindəki partlayış: 26 ölü

image-reklam-veteninfo

Çinin Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb.

Əyalətin səlahiyyətli qurumlarının açıqlamasına görə, hazırda hadisə yerində axtarış işləri davam edir. Hadisə nəticəsində 61 nəfər xəsarət alıb, itkin düşənlər var. Axtarış-xilasetmə əməliyyatına 500-ə yaxın canlı qüvvə, xeyli texnika, 3 robot cəlb olunub.

Qeyd edək ki, mayın 4-də yerli vaxtla saat 16:43-də Çanşa şəhərinin tabeliyindəki Liuyan prefekturasında fişəng fabrikində güclü partlayış baş verib. Hadisənin baş verdiyi yerin 2 barıt anbarının yaxınlığında yerləşməsinin yeni partlayışlara səbəb ola biləcəyi ehtimalı ilə ərazidəki sakinlər təxliyə edilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin itkin düşənlərin qısa zamanda tapılması və xəsarət alanlara yardım göstərilməsi barədə müvafiq qurumlara tapşırıq verib.

Fövqəladə Halların İdarəedilməsi Nazirliyi xilasetmə əməliyyatlarına rəhbərlik etmək üçün hadisə yerinə ekspertlər qrupu göndərib. Fabrikin aid olduğu şirkətin səlahiyyətli şəxsi saxlanılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki