Tehranın müharibənin dayandırılması ilə bağlı ABŞ-nin təklifinə cavabının cümə axşamı göndərilməsi ehtimal olunur.
Vətəninfo.az xəbər verir ki, bu barədə “CNN” telekanalı bildirib.
İran vasitəçilər üzərindən təqdim olunan ABŞ-nin təklifini hazırda nəzərdən keçirir. Bir mənbə iki tərəfin müharibənin dayandırılması istiqamətində razılaşmaya doğru irəlilədiyini deyib.
CNN vurğulayır ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə cavab üçün bir həftəlik müddət verildiyini səsləndirsə də, konkret son tarix açıqlanmayıb və razılaşma əldə olunmasa, hərbi əməliyyatların yenidən başlayacağı barədə xəbərdarlıq edib.
Digər mənbələr, o cümlədən Axios nəşri Tehrana cavab üçün 48 saatlıq möhlət verildiyini açıqlayıb.


























