Şuşanın albom-xəritəsi və “Şuşa rayonunun ensiklopediyası” hazırlanır.
Veteninfo.az xəbər verir ki, bunu AMEA Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.
“2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar İnstitutun alim və mütəxəssisləri tərəfindən bu ilin sonunadək Şuşanın albom-xəritəsinin və eləcə də “Şuşa rayonunun ensiklopediyası”nın Şuşanın coğrafiyasına aid hissəsi hazırlayanacaq”, – direktor bildirib.