image-reklam-veteninfo
image-6221c59c840af6221c59c840b016463804446221c59c840ac6221c59c840aebackend

Conson və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

image-reklam-veteninfo

Bu gün səhər saatlarında Böyük Britaniyanın Baş naziri Boris Consonla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Veteninfo.az-ın xəbərinə görə, Britaniya və Ukrayna liderləri Zaporojye AES-dəki insidentlə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki lider razılaşıblar ki, Rusiya AES-ə hücumunu dərhal dayandırmalı və fövqəladə hallar xidmətlərinin stansiyaya maneəsiz daxil olmasına icazə verməlidir.

Baş nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin ehtiyatsız hərəkətləri indi bütün Avropanın təhlükəsizliyini birbaşa təhdid edə bilər.

Boris Conson qeyd edib ki, Böyük Britaniya vəziyyətin daha da pisləşməməsi üçün əlindən gələni edəcək.

Baş nazir yaxın saatlarda BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırmaq istədiyini, Böyük Britaniyanın dərhal bu məsələni Rusiya və yaxın tərəfdaşlarının qarşısında qaldıracağını əlavə edib.

Britaniya və Ukrayna liderləri atəşkəsin vacibliyini vurğulayıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki