image-media-cavanshir-feyzi-z1xwruq2a8msofec4v5k-620x326backend

Deputat Cavanşir Feyziyev: Ermənistan üçün bu təxribatlar daha ağır nəticələrə səbəb ola bilər

image-reklam_sirab_01

Bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqeləri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində  qeyri-qanuni olaraq qalmaqda davam edən erməni silahlı dəstələri tərəfindən intensiv atəşə tutub. Nəticədə həqiqi hərbi xidmət qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Şəhidimizin ailə üzvlərinə və bütün yaxınlarına başsağlığı verir və dərin kədərimizi bildiririk. Allah rəhmət eləsin.Bunu öz feysbuk səhifəsində deputat Cavanşir Feyziyev yazıb.

Azərbaycan Ordusunun ərazidə yerləşən bölmələri tərəfindən keçirilən cavab  əməliyyatı nəticəsində  qeyri-qanuni olaraq Azərbaycan ərazisində yerləşən çox sayda erməni terrorçusu məhv edilib. Ermənistan rəhbərliyi və Qarabağ ərazisində separatçılıq fəaliyyəti ilə məşğul olan qondarma qurum bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atdıqları hər bir addıma görə cəza qaçılmazdır. Ərazidə törədilən təxribatlar heç də Ermənistanın özünün və Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinə xidmət etmir. Əksinə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə göstərilən səyləri heçə endirir və bu istiqamətdə yerli və beynəlxalq səviyyədə atılan addımların qarşısını alır. Hadisələrin bu istiqamətdə inkişafı ilk növbədə Ermənistan üçün daha ağır nəticələrə səbəb ola bilər. Nikol Paşinyan höküməti və Qarabağda yuva salmış terrorçular bunu nə qədər tez anlasalar o qədər onların özü üçün faydalı olar. Əks təqdirdə Azərbaycan Ordusunun beynəlxalq qanunlar çərçivəsində  anti-terror əməliyyatına başlaması Ermənistanı növbəti faciə ilə üz-üzə qoyacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki