image-1backend

DİM: 5 dövlət orqanında 8 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

image-reklam_sirab_01

Beş dövlət orqanında mövcud olan 8 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 18 namizədlə 18 müsahibənin keçirilməsi planlaşdırılır.

Bu barədə Vətəninfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Müsahibələrin oktyabrın 14-dən 18-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. DİM namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibənin keçiriləcəyi tarixdən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

DİM namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalarını xahiş edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki