image-1backend

DİM sədri: Yeni növ imtahanlara keçid edəndə bilirdik ki, elə də yaxşı nəticə olmayacaq, amma bunu etməli idik

image-reklam_sirab_01

“2019-cu ildə yeni növ imtahanlara keçid edəndə biz bilirdik ki, elə də yaxşı nəticə olmayacaq. Amma biz bunu etməli idik”.

Vətəninfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

O bildirib ki, birinci sinfə 2013-cü ildə gedən uşaqların 100 faizlik hissəsindən 32.9 faizi ali məktəblərə qəbul olub:

“Onların əmək bazarına çıxma imkanı yaranıb. Biz bu rəqəmləri nəzərə alaraq bu prosesin dəyişməsi üçün işlər aparmalıyıq. Yeniliklər tətbiq etməli, hansısa ənənələrdən imtina etməliyik”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki