ABŞ dövlət katibi Robert Kennedinin gəlini Amaryllis Fox Kennedy ABŞ kəşfiyyatının iki yüksək vəzifəsindən istefa verir.
“The Washington Post” qəzetinin məlumatına görə, o, İranla müharibəyə qarşı çıxıb.
45 yaşlı keçmiş MKİ zabiti Amerika kəşfiyyatının direktoru vəzifəsini, eləcə də gizli kəşfiyyat xərclərinə nəzarət etdiyi Ağ Evin Büdcə İdarəsini tərk edir.
Bu, İran müharibəsi ilə bağlı ikinci yüksək vəzifəli şəxsin istefasıdır. İki ay əvvəl Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Co Kent də eyni səbəbdən istefa vermişdi. Kennedi həmkarlarına yazdığı məktubda İrandan bəhs etməkdən yayınmış və uşaqları ilə daha çox vaxt keçirmək və özəl sektorda işləmək istədiyini yazmışdı.
Bununla belə, o, Prezidentin Kəşfiyyat Məsləhət Şurasındakı yerini qoruyub saxlayacaq.


























