image-daa25e4a-0e0e-4a85-ba6d-4958e548c009backend

Dövlət Komitəsi Bakı Metropoliteni ilə birgə maarifləndirmə aksiyasına başlayıb – FOTOLAR

image-reklam_sirab_01

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması, erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi maarifləndirmə tədbirləri keçirir.

Bu barədə Veteninfo.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bu tədbirlərin davamı olaraq Bakı Metropoliteni ilə birgə növbəti maarifləndirmə aksiyası başladılıb.

Aksiya çərçivəsində Dövlət Komitəsinin “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə hazırladığı “Valideyn qayğısı – usaqların təhlükəsizliyi”, “Uşaqları sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qoruyaq!”, “Sizin qızınız olacaq!”, “18 yaşadək evlilik – Uşaq evliliyidir!” mövzusunda posterlər Bakı Metropoliteninin reklam lövhələri və monitorlarında nümayiş etdirilib.

Maarifləndirmə kampaniyası 8 sentyabr tarixinədək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki