image-fb_img_1654273030575backend

Dövlət Komitəsi tərəfindən ilk ixtisas attestatı təqdim olundu

image-reklam_sirab_01

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçirilmiş müsabiqə başa çatıb.

Veteninfo.az xəbər verir ki, müsabiqə Komissiyasının qərarına əsasən, 11 may 2022-ci il tarixindəmüsabiqənin test imtahanı keçirilib.

İmtahanda iştirak etmiş üç namizəddən ikisi tələb olunan keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində – müsahibədə iştirak hüququ əldə etmişlər.

Bir namizəd isə keçid balını toplaya bilmədiyindən, onun müsabiqədə iştirakı dayandırılmışdır.

23 may 2022-ci il tarixində Komitənin Akt zalında müsabiqənin ikinci mərhələsi olan müsahibə keçirilmişdir. Müsahibədə müsabiqənin birinci mərhələsindən uğurla keçmiş iki namizəd iştirak edib.

Yekun nəticələrə əsasən, iki namizəddən biri tələb olunan balı (4 bal ) toplayaraq, müsahibədən müvəffəqiyyətlə keçib.

Müsabiqə Komissiyasının keçirilmiş növbəti iclası zamanı müsahibədən müvəffəqiyyətlə keçmiş Səidə Musayevaya ixtisas attestatının verilməsi barədə qərar qəbul edilib.

03 iyun 2022-ci il tarixində Dövlət Komitəsi sədrinin müavini, Müsabiqə Komissiyasının sədri Aynur xanım Sofiyeva, ekspert təşkilatı “Narınc Psixologiya Mərkəzi” MMC-nin nümayəndəsi, müsabiqənin hər iki mərhələsindən uğurla keçmiş ekspert namizədi Səidə Musayevanın iştirakı ilə görüş keçirilmiş, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ixtisas attestatı təqdim olunmuş, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrası istiqamətində məsələlər müzakirə edilmiş, ekspertə gələcəkdə informasiya məhsullarının ekspertizası ilə bağlı tövsiyələr verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki