image-af6f2570-fae6-43ff-8321-fc10434d0058backend

Dövlət Proqramının icrası

image-reklam_sirab_01

 

Son illər ərzində  demək olar ki, bütün rayonlarda sosial-iqtisadi inkişaf Dövlət Proqramının icrası nəticəsində geniş şəkildə quruculuq işləri görülmüş, yeni böyük layihələr icra olunmuş, bir sıra məhz əhalini narahat edən problemlər aradan qaldırılmışdır.  Artıq hər rayonda müasir xəstəxana tibb ocaqları, məktəblər inşa edilərək fəaliyyətə verilmişdir. Bildiyimiz kimi ölkə əhalisi günü- gündən artır. Bir vaxtlar 7 milyon vətəndaşı olan Azərbaycan artıq 10 milyondan çox vətəndaşa sahibdir. Məhz bu  yeni iş yerlərinin yaradılması layihələrinin gerçəkləşdirilməsi üçün vacib faktordur. Sovet dönəmində qazlaşdırılmamış Lerik rayonunda artıq imkan daxilində bütün işlər görülmüşdür ki, bu işlərin hər biri əhalinin rifahını yaxşılaşdırmağa xidmət göstərir.

Dövlət başçısı  bir neçə keçmiş icra başçısını işdən azad etmişdir. Bu şəxslər cinayət məsuliyyətinə cəlb edilmiş, bəzilərinə hökm verilmiş, bəzilərinin işi isə məhkəmədədir.  Bu bariz olaraq göstərir ki, heç kəs qanundan yayına bilməz. İcra başçıları başlıca olaraq bilməlidir ki, onlar daim insanlarla təmasda olmalı, kənd əhalisinə qayğı ilə yanaşmalı və problemlərini araşdırıb yardım göstərməlidir. Kəndlərdə olan problem aradan qalxarsa, insanları narahat edən ciddi problem qalmayacaq.

Bununla yanaşı İcra başçıları başlıca olaraq fəaliyyət illəri ərzində sosial ədalət prinsipinə əməl etməlidir. Məhz bugünkü gündə Azərbaycan xalqı birlik həmrəylik nümayiş etdirir və ölkə ərazisində gedən prosesləri dəstəkləyir.

Dövlətimiz hər zaman şəhid ailələrinə hər zaman diqqət göstərir, bu hər zaman belə olmuşdur və bugünkü gündə də şəhid ailələri xüsusi diqqət mərkəzindədir. Şəhid ailələri Bakı, Sumqayıt, Abşeron  kimi ərazilərdə evlə təmin olunur.  Rayon ərazisində olan şəhid ailələri, müharibə veteranları və əlilləri bu diqqətdən kənarda qalmamalıdır. Rayon icra orqanları nümayəndə heyəti bu kateqoriyaya biganə yanaşmamalı, onların yaşayışı ilə yaxından maraqlanmalıdır.

Hər kəs birmənalı şəkildə bilməlidir ki, qazanılan qələbə məhz həmin şəhid, qazi, veteran olan əsgər və zabitlərimizin əməyidir. Onların rəşadəti sayəsində bu gün  30 ildən artıqdır ki, işğal altında olan torpaqlarımız azadlıq havasını dadmış və Azərbaycan yurddaşlarına qovuşmuş, milli rəmzimiz Üç rəngli bayrağımız həmin torpaqlarda dalğalanmışdır.

Göygöl, Masallı, Lerik rayonları turizm potensialına sahib zəngin torpaqdır məhz bu ərazilər turizm mərkəzinə çevirmək əsas vəzifədir.  Hazırda bu ərazilərdə müasir istirahət zonaları, otel kompleksləri inşa edilib.

Vaxtilə bərbad olan  Lənkəran-Lerik yolu indi əsaslı şəkildə təmir olunmuşdur. Artıq buraya turizm axını başlamışdır.

Hər 3 rayonun özünəməxsus gözəlliyi və kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanları var.

Bəzi dövlət məmurları, yerli icra orqanlarını qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılmışdır. İdarəetmə sahəsində çox ciddi islahatlar aparılır. Kiminsə məhz tamahına, şəxsi marağına görə qanunsuz şəkildə torpaq zəbt edənlər cəzalandırılacaqdır.  Bu işlər görülərkən  ekologiyanıda düşünmək lazımdır ki, zərər görməsin.

Doğru şəkildə rayonlarda idarəetmə qaydaları tətbiqi davam edərsə, bir çox problemlər aradan qalxacaqdır. Müzəffər   dövlətin, müzəffər xalqı olaraq biz daim ləyaqətlə yaşamalıyıq və ölkəmizdə elə işlər görülməlidir ki, ədalətsizlik olmasın.

 

 

İsmayılova Aygün /YAP-ın üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki