Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindən Vətəninfo.az-a daxil olan məlumata görə,
Dövlət İmtahan Mərkəzi tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmunun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankı mütəmadi olaraq yenilənir və banka yeni model tapşırıqlar daxil edilir.
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırırıq ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq müsabiqənin 2022-ci ilin may ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilib.
Namizədlər yeni proqram ilə buradan tanış ola bilərlər.
DİM-in mətbuat xidməti
Tеl: (+99 412) 310-53-16 (dax. – 1117)
E-mail: [email protected]; http://dim.gov.az