Aprelin 29-da Amerika fond bazarında Dow Jones indeksi 2,77% –. 32,977.21 bəndədək, S&P 500 indeksi 3,63% – 4,131.93 bəndədək, Nasdaq indeksi isə 4,17% – 12,334.64 bəndədək enib.
Veteninfo.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 29-da FTSE 100 indeksi 0,47% – 7,544.55 bəndədək, Almaniyanın DAX indeksi 0,84% – 14,097.88 bəndədək, Fransanın CAC-40 indeksi isə 2,25 – 6,533.77 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,47% artaraq 1,0543 dollar təşkil edib.